Çağırış

Elnur Rəsuloğlu (Əliyev)

Boğazımı mən yaşlarım
Qışqırmaqçün: "Cəmləşək biz".
Bacılarım, qardaşlarım,
Yumruq kimi birləşək biz.

Ana, doğma vətən üçün
Azı olaq, çoxu olaq.
Azğın, qorxunc düşmən üçün
Hədə olaq, qorxu olaq.

Qəlbən sevək yurdumuzu,
Azad olsun torpağımız.
Dəstəkləyək ordumuzu,
Dalğalansın bayrağımız!

Yorumlar 0
Yorum Yaz

Yorum Yazmak İçin Giriş Yapınız